Tanınmış futbolçu basketbola başladı

13.11.2024

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə Serbiya millisinin sabiq üzvü Adem Lyayiç özünü basketbolda da sınayacaq.

QOL.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi çıxış etdiyi “Novi Pazar”ın (Serbiya) basketbol komandasında oynayacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Adem Lyayiç “Fiorentina”, “Beşiktaş”, “Roma”, “Torino”, “Partizan”, “İnter” kimi klublarda çıxış edib. Serbiya millisində 47 oyuna çıxan futbolçu 9 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью