Tanınmış futbolçu DÇ dan sonra karyerasını bitirə bilər

27.05.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Milan”ın və Xorvatiya millisinin futbolçusu Luka Modriç karyerasını bitirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 40 yaşlı yarımmüdafiəçinin dünya çempionatından sonra “butslarını asacağı” bildirilir.

Xorvatiya millisi mundialda L qrupunda İngiltərə, Panama və Qana ilə qarşılaşacaq.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi yarışa iyunun 11-də start veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью