Tanınmış futbolçu Fabinyo “Trabzonspor”a keçib

24.08.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 24 avqust, AZƏRTAC

Braziliya millisinin sabiq futbolçusu Fabinyo karyerasını Türkiyədə davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi azad agent kimi “Trabzonspor”a keçib. Təcrübəli oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Fabinyo son olaraq Səudiyyə Ərəbistan təmsilçisi “Əl-İttihad”da çıxış edib. Ərəb klubuna 2023-cü ildə İngiltərənin “Liverpul” komandasından transfer olunan Fabinyo bu müddət ərzində 111 matçda iştirak edib.

Qeyd edək ki, Fabinyo “Trabzonspor”da “Liverpul”dakı sabiq komanda yoldaşı Məhəmməd Salahla yenidən birgə çıxış edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью