Tanınmış futbolçu karyerasını başa vurdu

07.10.2026

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

İspaniyalı vinger Pedro karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, bu barədə futbolçu özünün sosial şəbəkə hesabında məlumat verib.

Təcrübəli oyunçu 39 yaşında peşəkar futbolla vidalaşıb.

Qeyd edək ki, Pedro karyerası ərzində "Barselona" (2004-2015), "Çelsi" (2015-2020), "Roma" (2020-2021) və "Latsio"da (2021-2026) çıxış edib. O, İspaniya milli komandasının heyətində meydana çıxdığı 65 rəsmi matçda 17 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью