Tanınmış futbolçu karyerasını BAŞA VURDU

09.12.2024

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Portuqaliyalı futbolçu Luiş Nani 38 yaşında peşəkar futbolçu karyerasını bitirdiyini açıqlayıb.

News24.az xəbər verir ki, Luis Nani sosial media hesabından verdiyi açıqlamada vidalaşmağın vaxtının gəldiyini ifadə edərək, "Professional futbolçu karyeramı bitirməyə qərar verdim. Bu, böyük macəra idi. İndi mənim həyatımda yeni bir başlanğıc var" dedi.

Onu da qeyd edək ki, Luis Nani karyerası ərzində “Fənərbaxça” və “Adana Dəmirspor”, həmçinin “Sportinq Lissabon”, “Mançester Yunayted”, “Valensiya”, “Latsio”, “Orlando Siti”, “Venesiya”, “Melburn Viktori” və “Estrela Amadora”da çıxış edib.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью