Tanınmış futbolçu karyerasını başa vurdu

23.06.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Qalatasaray”dan ayrılan Dris Mertens karyerasını başa vurub.

QOL.az xəbər verir ki, bu barədə 38 yaşlı hücumçu özü açıqlama yayıb..

Belçika millisinin sabiq üzvü bildirib ki, bir neçə təklifi olsa da, vaxtını ailəsinə sərf etmək istəyir. 

Qeyd edək ki, “Anderlext” yetirməsi olan Mertens ölkəsində "Gent", "Endraxt" Niderlandda PSV, İtaliyada "Napoli"də çıxış edib. 2022-ci ildən “Qalatasaray”da oynayan hücumçu, son mövsümdə 6 qol vurub, 15 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью