Tanınmış futbolçu Meksika klubundan ayrılır

07.06.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tanınmış futbolçu Meksika klubundan ayrılır

“Mançester Yunayted”in keçmiş hücumçusu Entoni Marsial Meksika klubu “Monterrey” ilə müqaviləsinin vaxtından əvvəl ləğvinə razılaşıb.

QOL.az xəbər verir ki, insayder Fabritsio Romano bu barədə məlumat verib.

Marsial “Monterrey”ə 2025-ci ilin sentyabrında qoşulub. O, klubda 20 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.

Marsial əvvəllər “Monako”, “Mançester Yunayted”, “Sevilya” və Yunanıstanın “AEK Afina” klublarında oynayıb. Transfermarkt-ın məlumatına görə, fransız futbolçunun hazırkı bazar dəyəri 3,5 milyon avro olaraq qiymətləndirilir.

Marsial “Mançester Yunayted”lə İngiltərə kubokunu, iki Liqa Kubokunu, Fransa Superkubokunu və Avropa Liqasını qazanıb. O, həmçinin Fransa millisi ilə Millətlər Liqası kubokunu başı üzərinə qaldırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью