Tanınmış futbolçu millidən getdi

16.09.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Yarımmüdafiəçi Xames Rodriqes Kolumbiya millisindəki karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib. O, yığmadan getdiyini açıqlayıb.

Rodriqes millidə 131 matçda 31 qola imza atıb. O, 2014-cü ildə keçirilən dünya çempionatının bombardiri olub.

Hazırda ölkəsində “Atletiko Nasyonal”da çıxış edən Xames daha əvvəl “Real”, “Bavariya” kimi klublarda top qovub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью