Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Əl Nəsr”in futbolçusu Sadio Mane karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Qalatasaray” seneqallı hücumçunun xidmətində maraqlıdır. Bu barədə Afrika mətbuatı məlumat yayıb.
34 yaşlı futbolçu “cim-bom”da oynamağa müsbət yanaşır. O, az maaş qarşılığında keçidə də razıdır.
Sadio bu mövsüm 13 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib. O, daha əvvəl “Zalsburq” və “Liverpul”da forma geyinib.