Tanınmış futbolçu qəzada öldü

19.04.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Xorvatiya millisinin sabiq üzvü Nikola Pokrivaç faciəvi şəkildə həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

39 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib. 

Qeyd edək ki, Nikola Pokrivaç  Zaqreb “Dinamo”su, “Zalsburq”, “Monako”, “Riyeka”, “Şaxtyor” (Qazaxıstan), “Slaven” kimi klublarda da çıxış edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью