Tanınmış futbolçu xəstəxanalıq oldu

12.11.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Braziliyanın “San Paulo” klubunda çıxış edən Oskar xəstəxanalıq olub.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi məşq zamanı ürəyində narahatlıq hiss edib. O, dərhal xəstəxanaya aparılıb.

Müayinə nəticəsinə görə, Oskarın ürəyində ritm pozğunluğu aşkarlanıb. Futbolçunun son durumu hələlik açıqlanmayıb.

34 yaşlı futbolçu karyerası ərzində “İnternasional”, “Çelsi”, “Şanxay ŞİPG” klublarında da forma geyinib. O, Braziliya yığmasında 48 oyunda 12 qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью