Tanınmış futbolçulardan UEFA ya çağırış

13.11.2025

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

70-dən çox peşəkar idmançı UEFA-ya İsrailin yarışlardan kənarlaşdırılmasına dair çağırış edib.

"Yeni Sabah" "Al Jazeera"ya istinadla xəbər verir ki, onlar bu addımı fələstinlilərin hüquqlarının pozulmasına etiraz olaraq atıblar.

“Sülh uğrunda idmançılar” adlı qrupun təşəbbüsü ilə UEFA prezidenti Aleksander Çeferinə məktub göndərilib. Məktub imzalayanlar arasında “Monako”nun yarımmüdafiəçisi Pol Poqba, “Vidad” klubunun futbolçusu Həkim Ziyeş və “Fulhem”də çıxış edən Adama Traore də var.

Məktubda Fələstin xalxına münasibətdə insanlığa qarşı cinayətlərin törədildiyi və bu kimi halların cəzasız qalmamalı olduğu bildirilib.

İdmançılar bu səbəbdən UEFA-nı İsrail Futbol Assosiasiyası ilə əlaqələri dayandırmağa çağırıblar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью