Tanınmış futbolçunun oğlu klubunu dəyişdi

12.07.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Niderland millisinin sabiq futbolçusu Mark van Bommelin oğlu Ruben van Bommel ölkəsində klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, o, “Alkmaar”dan PSV-yə keçib. Bu barədə klubların mətbuat xidməti məlumat yayıb. 20 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.

Niderland mətbuatının xəbərinə görə, PSV Bommel üçün 15 milyon avro ödəyib.

Vinger ötən mövsümdə 33 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью