Tanınmış güləşçini maşın vurdu, öldü FOTO

19.05.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

ABŞ-də WWE ulduzu Maxx Justice yol qəzası nəticəsində ölüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-də WWE güləşçisi kimi tanınan 63 yaşlı Maxx Justice (əsl adı Mike Raybeck) işdən velosipedlə evə gedərkən avtomobilin vurması nəticəsində dünyasını dəyişib.

Hadisə Kaliforniyada, Chabot Kolleci yaxınlığında baş verib. Ölüm xəbərini "All Pro Wrestling" təşkilatı təsdiqləyib: "Mike Raybeck - yəni Maxx Justice və Mike Diamond - ötən cümə avtomobil qəzasında həyatını itirib. Ailəsinə və azarkeşlərinə başsağlığı veririk."

İsmayıl
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью