Tanınmış həkim bloqer arvadından boşandı: Hər şey etdim, YALVARDIM VİDEO

28.01.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tanınmış stomatoloq Şamil Rzayev həyat yoldaşı, bloger Fidan Zeynlə ayrılması barədə ilk dəfə ətraflı danışıb.

Milli.Az-ın məlumatına görə, həkim bildirib ki, ailəsinin dağılmaması üçün son ana qədər mübarizə aparıb. Onun sözlərinə görə, boşanma prosesinin qarşısını almaq ümidi ilə heç bir məhkəmə iclasında iştirak etməyib və ayrılığın baş tutmayacağına inanıb.

Şamil Rzayev ailə həyatı, yaşanan gərginliklər və boşanma qərarının arxa planı ilə bağlı bir sıra maraqlı etiraflar da edib. O, şəxsi həyatında baş verənlərin həm insan, həm də ailə başçısı kimi ona ciddi təsir göstərdiyini vurğulayıb. Sözügedən boşanma hadisəsi sosial şəbəkələrdə geniş müzakirələr doğurub.

Həkimin bu açıqlamaları daha ətraflı videomaterialda:

Hüseyn
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью