Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Həkim-infeksionist İradə Dəmirova vəfat edib.
Avtosfer.az xəbər verir ki, o, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Tibb müəssisəsinin rəhbərliyi və kollektivi İradə Dəmirovanın vəfatından kədərləndiklərini bildirib, mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verib, səbir diləyib.