Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi KONKRET

11.10.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışaraq peşəkarlığı və zəngin təcrübəsi ilə həmkarlarının və rayon ictimaiyyətinin hörmətini qazanıb.

Sahib Rəsulov 1991-ci ildən Göygöl Mərkəzi Rayon Xəstəxanasının Klinik laboratoriya şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. Onun son iş yeri isə Göygöl rayonunda fəaliyyət göstərən özəl klinikalardan biri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью