Tanınmış həkimdən XƏBƏRDARLIQ: Ağızdakı bu dad xərçəngin əlaməti ola bilər

14.10.2026

Icma.az bildirir, Saglamolun portalına istinadən.

"Dad qönçələrində dəyişiklik beyin şişinin əlaməti ola bilər".

Bunu həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya 1" telekanalının efirində deyib.

Onun sözlərinə görə, ağızda qeyri-adi acı, turş və ya metal dadı hiss ediləndə diqqətli olmaq lazımdır:

"Bir çox insan bunu unudur. Lakin bəzən bunun arxasında nadir hallarda beyin şişi ola bilər".

Həkim qeyd edib ki, bunun səbəbi, ehtimal ki, sinirin sıxılmasıdır:

"Üç sinir dad qönçələrindən məlumatı çıxarır və əgər nəsə dəyişərsə, ola bilər ki, bir sinir hardasa sıxılıb. Bu da ola bilər".

Myasnikov əlavə edib ki, ağızda qeyri-adi dadın yaranması həm də dərmanların, məsələn, bəzi antibiotiklərin və təzyiq dərmanlarının qəbulu nəticəsində yarana bilər./gundem.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью