Tanınmış həkimin səhhəti pisləşdi, reanimasiyaya yerləşdirildi Foto

02.09.2025

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tanınmış oftalmoloq Aytən Sultanovanın səhhəti kəskin pisləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Universal” hospitalın rəhbəri olan həkim ötən gün həmin tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, A.Sultanova son vaxtlar kəskin şəkildə çəki atıbmış. Onun 60 kiloqrama yaxın arıqladığı deyilir.

Aslan Vəliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью