Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransalı futbolçu Olivye Jiru “Los Anceles”dən ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Jiru 2024-cü ilin yayından “Los Anceles”də çıxış edirdi. O, bu mövsüm 18 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.