Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Ekvador millisinin sabiq hücumçusu Enner Valensiya karyerasını Argentinada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, “Boka Xuniors” 36 yaşlı forvardı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Valensiya ilə 1 illik müqavilə imzalanıb.
Ekvadorlu futbolçu son olaraq Meksikada “Paçuka”da çıxış edib. O, daha əvvəl ölkəsində “Emelek” İngiltərədə “Vest Hem”, “verton”, Meksikada “Tiqres”, Braziliyada “İnternasional”, Türkiyədə “Fənərbağça”da forma geyinib.
Valensiya Ekvador yığmasında 109 oyunda 49 qol vurub.