Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
"Komo"nun hücumçusu Alvaro Morata ölkəsinə qayıdacaq.
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu karyerasını II La Liqada davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Morata "Leqanes"lə anlaşıb. 33 yaşlı forvard yeni klubunda bir mövsüm icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, "Komo" Alvaro Moratanı 2025-ci ilin yayında "Milan"dan transfer edib. İspaniya millisinin sabiq üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi