Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Rusiya millisinin keçmiş hücumçusu Artyom Dzyuba karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu “RB Sport” portalına açıqlamasında deyib.
Dzyuba karyerası ərzində “Spartak Moskva”, “Rostov”, “Zenit”, “Lokomotiv”, “Adana Dəmirspor” və “Akron” klublarının formasını geyinib.
O, milli komandada 56 oyunda 31 qol vurub.