Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Tanınmış hücumçu Kanada klubuna keçdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tanınmış çilili futbolçu Aleksis Sançesin yeni klubu məlum olub.
QOL.az xəbər verir ki, 37 yaşlı hücumçu “Monreal”la (Kanada) anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
MLS təmsilçisinin hazırda azad agent olan təcrübəli forvardla 2 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, son klubu "Sevilya" olan Sançes daha əvvəl “Barselona”, “Arsenal”, “Mançester Yunayted”, “İnter” kimi komandalarda çıxış edib.