Tanınmış hüquqşünas AYNA dan şikayət etdi

21.09.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazılıq bildirib.

“Yeni Sabah” xəbər verir ki hüquqşünas bu barədə öz “Facebook” səhifəsində yazıb. O, qeyd edib ki, ensiz yollarda avtobus xətlərinin açılması heç də məntiqli deyil:

“Nəriman Nərimanov heykəlinin yanından Statistika Komitəsinə gedən yolda (keçmiş Sovet) geriyə dönüş var, təxminə 100 metr sonra da Milli Dram teatrına tərəf dönüş var. Hərəkət isə Abdulla Şaiq küçəsi ilə davam edir. pizza

Həm sola, həm sağa dönmə olduğu üçün küçə təxminən 200 metrlik hissədə darlaşır. Hər gün tıxac idi. Aşağıdakı şəkili bu gün (bazar günü çəkdim). İndi AYNA həmin 200 metrlik yerdə bir xətti avtobus üçün ayırıb.

Bu xətdən sonra isə yəqin ki iki dəfə artacaq. Oradan da cəmi bir marşrut keçir, bəlkə saatda bir dəfə. Cəmi 200 m getdikdən sonra yol enlənir və orda avtobus xətti yoxdur. İndi fikirləşirəm avtobus bu 200 metrlik yerə çatana qədər və sonra ümumi yolla hərəkət etdiyi halda bu dar yerə niyə avtobus üçün ayrıca xətt qoyulmalıdır ki? Məntiqi və mənanı anlaya bilmirəm sadəcə”.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью