Tanınmış idman həkimi dünyasını dəyişib

07.02.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Azərbaycan futbolunda çalışan tanınmış həkim Sədrəddin Məmmədov dünyasını dəyişib. Sport24.az xəbər verir ki, ötən ilin sonlarında onun səhhətində ciddi problem yaranıb.

Qanında infeksiya tapılan həkim uzun müddət müalicə olunsa da dünən vəfat edib. Sədi həkim kimi tanınan mərhum "Qarabağ", "Neftçi", "Kəpəz", "Turan", "Səbail" və Azərbaycanın aşağı yaş yığmalarında faəliyyət göstərib.

Qeyd edək ki, Məmmədov Gəncədə dəfn olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью