Icma.az bildirir, Publika.az portalına istinadən.
2022 Qış Olimpiya Oyunlarının iştirakçısı isveçrəli Sofi Hediqer 26 yaşında qar uçqunu nəticəsində dünyasını dəyişib.
Publika.az xəbər verir ki, faciəli hadisə dekabrın 23-də İsveçrə Alp dağlarında baş verib. Bu barədə Xizək və Snoubord Federasiyası məlumat yayıb.
Ötən mövsüm Sofi Dünya Kubokunda üç dəfə podiuma yüksəlmişdi. Bundan əlavə, idmançı 2023-cü ildə ABŞ-ın Lace Placid şəhərində keçirilən Qış Universiadasının çempionu olub. Hediqer üçün sonuncu yarış İtaliyanın Cervinia şəhərində olub.
Heybət