Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyalı fiqurlu konkisürmə ulduzu Yevgeniya Medvedeva və həyat yoldaşı, rəqqas İldar Qaynutdinov “İlin cütlüyü” nominasiyasında qalib olublar.
Lent.az xəbər verir ki, bu barədə “StarHit” məlumat yayıb.
Cütlük Moskvada keçirilən “OK! Awards – Bolşe çem zvyozdı” mükafatlandırma mərasimində təltif edilib. Həmin nominasiyada Klava Koka və Dima Maslennikov, İda Qaliç və Oleq Ledviç, eləcə də digər tanınmış cütlüklər də iştirak ediblər.
Medvedeva və Qaynutdinov avqust ayında toy mərasimi keçiriblər. Cütlüyün rəsmi nikahının isə daha əvvəl qeydə alındığı bildirilir.
Mükafatlandırma gecəsində Maksim Matveyev də xüsusi mükafata layiq görülüb. Musiqi proqramında isə EMIN çıxış edib.