Tanınmış iş adamı bürokratiyadan şikayətçidir Səbrin də bir həddi var,nə qədər olar?!

15.09.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli ölkədə sahibkarlıq subyektlərinin üzləşdiyi problemlərə diqqət çəkib.

Gununsesi.info—nun xəbərinə görə, Həsənli ölkədə sahibkarın öz vaxtını bürokratiyaya və süni problemlərin həllinə sərf etməsindən narazılıöını ifadə edib:

“Səbrin də bir həddi var,nə qədər olar?! And olsun Allaha, sahibkar artıq öz işi ilə məşğul ola bilmir. Həftənin ən azı dörd gününü ayrı-ayrı dövlət qurumlarının yaratdığı əsassız problemləri həll etməyə sərf edir. Sahibkar istehsalı artırmağı, yeni iş yerləri yaratmağı, investisiya qoymağı düşünməli olduğu halda, vaxtını və enerjisini süni maneələrin aradan qaldırılmasına sərf edir.

Cənab Prezident dəfələrlə açıq şəkildə bildirib ki, sahibkarı, fermeri incitmək olmaz, onların fəaliyyətinə maneələr yaradılmamalıdır. Bəs bu tapşırıqları kim eşitməli və kim icra etməlidir?

Əgər hər hansı dövlət qurumu qanunsuz və əsassız şəkildə fermeri incidirsə, sahibkarın normal fəaliyyətinə mane olursa, bu, artıq yalnız bir vətəndaşa və ya sahibkara qarşı haqsızlıq deyil. Bu, ölkədə həyata keçirilən sahibkarlığın inkişafı siyasətinə və dövlət başçısının müəyyən etdiyi xəttə zidd yanaşmadır.

Afət Abbasova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью