Tanınmış iş adamı oteldən yıxılaraq öldü

24.07.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ-da İsrail əsilli iş adamı və realiti-şou iştirakçısı Yakir Levi Floridada lüks otelin 28-ci mərtəbəsindən yıxılaraq ölüb.

Axar.az xəbər verir ki, bu barədə xaric KİV məlumat yayıb.

İlkin polis qeydlərində ölümün ehtimal olunan intihar kimi qiymətləndirildiyi bildirilsə də, Levinin ailəsi və yaxınları bu iddianı qətiyyətlə rədd edirlər. 45 yaşlı iş adamı hadisədən bir neçə dəqiqə əvvəl dostlarına “Gəlirəm” mesajı göndərib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью