Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü Foto

08.07.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Tanınmış iş adamı, “Ultra Company” şirkətinin baş direktoru Məhəmməd Zülfüqarlının oğlu faciəvi şəkildə vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun yaxınları bildiriblər.
Qeyd olunur ki, iş adamının oğlu 2007-ci il təvəllüdlü Toğrul Zülfüqarlı Bakının Nəsimi rayonunda yaşadığı çoxmərtəbəli binadan bədbəxt hadisə nəticəsində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.
Qeyd edək ki, Məhəmməd Zülfüqarlı həm də informasiya texnologiyaları üzrə tanınmış mütəxəssis və təlimçidir.
Hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью