Tanınmış iş adamının xeyli miqdarda borcu yarandı

29.11.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Kral” Şirkətlər Qrupunun xeyli miqdarda vergi borcu olduğu müəyyən edilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hazırda “Kral Group”un dövlətə 48561 AZN vergi borcu yaranıb.

Qeyd edək ki, şirkətin rəhbəri tanınmış iş adamı Rövşən Tağıyevdir. O, 2024-cü ildə Parlament seçkilərində 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsindən deputatlığa namizəd olmuş, həmin dairədən millət vəkili seçilən Rasim Musabəyova məğlub olmuşdu.

Rövşən Tağıyev 2010-cu ildə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, tərkibində müxtəlif istiqamətli şirkətlərin fəaliyyət göstərdiyi “Kral Group”un təsisçisidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью