Tanınmış ispan aktrisa vəfat edib

17.12.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspan kinosunun tanınmış siması Marisa Paredes vəfat edib.

APA İspaniya mediasına istinadən xəbər verir ki, 78 yaşlı aktrisanın ölüm xəbərini İspaniya Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası yayıb.

Qeyd edək ki, M.Paredes 1946-cı ildə Madrid şəhərində dünyaya gəlib. Bir sıra mükafata layiq görülən aktrisa daha çox Pedro Almodovarın filmlərindəki rolları ilə tanınır. 2000-2003-cü illərdə İspaniya Kinematoqrafiya Sənəti və Elmləri Akademiyasına rəhbərlik edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью