Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bentley” şirkəti kəskin elektrikləşmə planından imtina edib.
Avtosfer.az xəbər verir ki, şirkət 2026-cı ilin sonunda daxiliyanma mühərrikindən imtina edəcəyini bildirmişdi. İndi isə istehsalçı keçidlə bağlı konkret tarixdən danışmır.
Şirkətin rəhbərliyi bildirib ki, bazardakı tələblər ciddi nəzərə alınacaq. Hibrid modellərin istehsalına xüsusi diqqət yetiriləcək, layihələndirmə müddəti qısaldılacaq. Hazırda bir modelin layihələndirmə müddəti 48 aydır ki, bunu 36 aya endirmək nəzərdə tutulur.
Markanın ilk elektromobili olan “Torcal” ötən il təqdim edilib. Onun hibrid versiyasının hazırlanması nəzərdə tutulmur.
Vüqar