Tanınmış İtaliya klubu müflis oldu

08.08.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

İtaliya klubu SPAL maliyyə problemlərindən qurtula bilməyib. 

Fanat. Az xəbər verir ki, klub rəhbərliyi müflis qərarını rəsmən elan edib.

Borclar 10 milyon avronu keçib. 

Artıq SPAL kənar idarəetməyə veriləcək. Noyabrda klubun ləğvi və borcların yığılmasına cavabdeh olan auditorlar işlərin vəziyyəti ilə bağlı növbəti qiymətləndirmə aparacaqlar. 

Bununla belə, klub azarkeşləri ümidsizliyə qapılmırlar. Bu da təsadüfi deyil. Çünki SPAL son iyirmi ildə artıq iki dəfə eyni aqibəti yaşayıb və bunun yenidən baş verməsi mümkündür. 

SPAL A Seriyasını 2019/2020 mövsümünün sonunda tərk edib və hazırda C seriyasında çıxış edir.

Mirağa 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью