Tanınmış italyan pianoçunun Bakıda ustad dərsi təşkil olunacaq

13.05.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 may, AZƏRTAC

Mayın 16-da Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyi və Üzeyir Hacıbəylinin ev-muzeyinin dəstəyi ilə uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano ixtisası üzrə ustad dərsi keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görkəmli Azərbaycan bəstəkarı, professional musiqimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunacaq ustad dərsi, dahi bəstəkarın ev-muzeyində İtaliyanın tanınmış yaponəsilli pianoçusu Elena Chiavegato tərəfindən aparılacaq.

Ustad dərsinin əsas məqsədi incəsənət təhsili səviyyəsinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin müəllim və şagirdlərin peşəkar inkişafı üçün həm nəzəri, həm də praktiki biliklərin artırılmasından ibarətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью