Tanınmış jurnalist ABB nin komissiya faizinə etiraz etdi

23.09.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Tanınmış futbol şərhçisi və jurnalist Asif Bağırov "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) tətbiq etdiyi komissiya faizlərinə etirazını bildirib.

“Yeni Sabah” xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşım edərək bankın tətbiq etdiyi şərtlərin narazılıq doğurduğunu qeyd edib:

"ABB-dən avans götürdüm. 5%. Olsun. Bu gün görürəm ki, mənə ayrılan vəsaiti hətta öz hesablarım arasında köçürmək istəsəm, əlavə 7.5% komissiya da ödəyəcəyəm. Yəni götürdüyüm pulun 12.5%-i — 1/8 hissəsi itiriləcək? Bu necə olur? Bəlkə nəyisə düz eləmirəm? ABB, izah edin zəhmət olmasa". pizza mizza

Asif Bağırovun bu paylaşımı izləyicilər tərəfindən dəstəklənib və bankın komissiya siyasəti ilə bağlı müzakirələrə səbəb olub. Məsələ ilə bağlı bank tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью