Tanınmış jurnalist bu televiziyada aparıcı olacaq

09.12.2024

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Tanınmış jurnalist,  İmedia TV internet televiziyasının rəhbəri İntiqam Valehoğlu APA TV-yə aparıcı kimi dəvət alıb. 
Sitat.info-ya açıqlama verən İ.Valehoğlu bildirib ki, APA TV-də səhər proqramı aparacaq.
Proqram həftəiçi 5 gün, səhər saat 10.00-da efirə çıxacaq və efir vaxtı 2 saat nəzərdə tutulub. 
Verilişin canlı yayınlanması nəzərdə tutulur. 
Qeyd edək ki, İntiqam Valehoğlu bir sıra tanınmış media orqanlarında müxbir, redaktor, baş redaktor işləyib.
Hazırda rəhbəri olduğu İmedia TV internet televiziyasında gündəlik xəbər proqramları ilə efirə çıxır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью