Tanınmış jurnalist bu televiziyada aparıcı olacaq Yeni Çağ Media

09.12.2024

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış jurnalist İntiqam Valehoğlu APA TV-yə aparıcı kimi dəvət alıb. 

İ.Valehoğlu bildirib ki, APA TV-də səhər proqramı aparacaq.

Proqram həftəiçi 5 gün, səhər saat 10.00-da efirə çıxacaq.

Veriliş canlı yayımlanacaq.

Qeyd edək ki, İntiqam Valehoğlu bir sıra tanınmış media orqanlarında araşdırma, redaktor, baş redaktor işləyib.

Hazırda rəhbəri olduğu “İmedia TV” internet televiziyası gündəlik xəbər proqramları ilə efirə çıxır.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью