Tanınmış jurnalist infarkt keçirdi Əməliyyat olundu

14.01.2025

Icma.az, News24 saytına istinadən bildirir.

Türkiyənin tanınmış jurnalisti Yılmaz Özdil bu gün keçirdiyi infarkt səbəbindən xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, Acıbadem Altunizade Xəstəxanasında müalicə olunan Özdilin qapanan bir ürək damarının əməliyyatla açıldığı və reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

“Cumhuriyet” qəzetində yayımlanan xəbərə görə, ilk müdaxilənin ardından reanimasiya şöbəsinə yerləşdirilən jurnalistin vəziyyətinin sabit olduğu bildirilib.

Bu gün keçirilən əməliyyatla ürək damarlarından biri açılan Yılmaz Özdilin sabah keçiriləcək anjiyo əməliyyatı ilə daha iki damarının açılacağı qeyd edilib. Jurnalistin müalicəsi həkimlərin nəzarətində davam etdirilir.

Aynurə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью