Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
NUHÇIXAN İnformasiya Agentliyinin baş redaktoru Anar Tağıyev qəza törədib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə Naxçıvan Muxtar Respublikası ərazisində baş verib.
O qeyd edib ki, hadisənin baş verməyinə səbəb yolda hərəkət zamanı qarşısına çıxan itlər olub.
Jurnalist ani manevr edərək canlıların vurulmasının qarşısını alıb.
Hadisə nəticəsində jurnalist xəsarət almayıb.
Murad İsmayıl