Icma.az, Yenigundem saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tanınmış jurnalist Samir Əli Sumqayıt səhiyyəsinin sərt tənqid edib.
Den.az xəbər verir ki, jurnalistin özü bu barədə facebook sosial media hesabında paylaşım edib.
Bildirib ki, Sumqayıtın səhiyyəsi, tibbi xidməti MƏHV OLUB. Paylaşımını olduğu kimi təqdim edirik: Sumqayıtın səhiyyəsi, tibbi xidməti MƏHV
Olmaqdadır yox ha, olub. Özü də indi yox, neçə ildi. Özü də aşağı səviyyədə yox, tam yüksək səviyyədə, rəhbərlik səviyyəsində. Deməli belə.
3 gün əvvəl doğma dayım evində qəfil halı pisləşib. Təcili yardımla gətirmişik Sumqayıt Tibb Mərkəzinin 1 saylı şəhər Xəstəxanasına.
1 saylı haaaaa, şəhərin birinci ən “yüksək texnologiyalı”xəstəxanasına. Bir sutka xəstənin dərdi tapılmadı.
Bir sutkadan sonra KT və MRT olunandan sonra dedilər ki, bəs yüksək riskli infakt xəstəsidir, reanimasiyada qalmalıdır.