Tanınmış jurnalistə ağır itki FOTO

01.09.2025

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tanınmış jurnalist, "Yeni Müsavat" qəzetinin parlament müxbiri Elşad Paşasoya ağır itki üz verib.

Milli.Az xəbər verir ki, onun atası Əlihüseyn Paşayev vəfat edib.
Qeyd edək ki, Əlihüseyn Paşayev uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

Məlumat üçün bildirək ki, mərhumun dəfn mərasimi doğulduğu ata yurdunda - Yardımlı rayonunun Bilnə kəndində ailə üzvlərinin, yaxın qohumlarının və kənd sakinlərinin iştirakı ilə keçiriləcək.

"Yeni Müsavat" Media Qrupunun rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir!

Allah rəhmət eləsin!

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью