Tanınmış jurnalistə vəzifə verildi FOTO KONKRET

04.02.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyinat olub.

KONKRET.az xəbər verir ki, bu vəzifə Rufik İsmayılova həvalə edilib.

O, 2003-cü ildən jurnalistika sahəsində fəaliyyət göstərir, indiyə qədər müxtəlif mətbu orqanlarda müxbir, məsul katib, prezident və parlament müxbiri, redaktor, baş redaktor və redaksiya müdiri vəzifələrində çalışıb, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью