Tanınmış jurnalistə yüksək vəzifə verildi

15.06.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

"Ölkə Az"ın əldə etdiyi xəbərə görə, bu barədə televiziyanın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"ın bədii rəhbəri vəzifəsinə gətirilib. 

42 yaşlı N.Qafuroğlu bu təyinat qədər ARB 24 televiziyasının baş prodüseri vəzifəsində çalışıb. 

Qeyd edək ki, mayın əvvəlində "Space"də rəhbər dəyişikliyi olub. Televiziyanın baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. Həmin posta Ayaz Mustafayev təyin olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью