Tanınmış jurnalistin 50 yaşı tamam oldu

09.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bu gün tanınmış jurnalist Seymur Verdizadənin 50 yaşı tamam olur.

Globalinfo.az xəbər verir ki, o, 9 aprel 1975-ci ildə Cəbrayıl rayonunda anadan olub.

1998-ci ildə Ankaradakı Qazi Universitetinin Tarix fakültəsini bitirib. 1998-2024-cü illlərdə “Bu gün”, “Reytinq” və digər mətbuat orqanlarında, “Yeni sabah.az” saytında müxbir, redaktor, məsul katib və baş redaktor vəzifələrini tutub.

“Qafqazinfo.az”, “Modern.az”, “Baku.ws”, “Moderator.az”, “Missiya.az” saytlarında müəllif yazıları ilə çıxış edib.

Jurnalist eyni zamanda, ATV, Xəzər TV, Space TV və ARB TV telekanallarında yayımlanan verilişlərin eksperti olub. Onun rəhbərlik etdiyi Jurnalist Araşdırmaları Mərkəzi media fəaliyyətinin müxtəlif məsələləri ilə bağlı çoxsaylı layihələr icra edib.

Seymur Verdizadə hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Media və kommunikasiya şöbəsində çalışır.

Qeyd edək ki, jurnalist bu gün Mətbuat Şurasının diplomu ilə də təltif edilib.

Globalinfo.az kollektivi Seymur Verdizadəni 50 illik yubileyi münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar diləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью