Tanınmış klub avrokuboklardan kənarlaşdırıla bilər

07.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Marsel” klubu avrokuboklardan kənarlaşdırıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Fransa təmsilçisi UEFA qarşısında maliyyə öhdəliklərini pozduğu üçün bu cəza ilə üz-üzədir.

Futbol qurumu 2022-ci ildə maliyyə balansının qorunması məqsədilə “Marsel”ə üç mövsüm ərzində cəmi 60 milyon zərər etməyə icazə vermişdi. Lakin klubun zərəri artıq 157 milyon avronu ötüb.

UEFA məsələ ilə bağlı bu həftə yekun qərar verəcək. Qaydaların pozulduğu aşkar edilsə, “Marsel” qarşıdakı mövsümdə avrokuboklarda iştirak etməyəcək.

Komanda Liqa 1-də “futbol ili”ni beşinci sırada bitirib və Avropa Liqasına vəsiqə əldə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью