Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Portuqaliyanın “Sportinq” klubu baş məşqçisi Rui Borgeslə vidalaşacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb. Mütəxəssis komandanın qeyri-stabil nəticələrinə görə istefaya göndəriləcək.
“Sportinq” yeni baş məşqçisini də tapıb. Komandanın “sükanı” Paulo Fonsekaya tapşırılacaq. Tərəflər arasında razılıq əldə olunub.
Fonseka daha əvvəl “Lion”, “Milan” kimi klublarda işləyib.
“Sportinq” Portuqaliya çempionatında 10 turdan sonra 23 xalla 3-cü sıradadır.