Tanınmış komanda azarkeşlərinin hücumuna məruz qaldı Video

25.11.2024

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Portuqaliya kubokunun 4-cü turunda keçirilən "Morierens" - "Portu" matçından sonra xoşagəlməz hadisələr yaşanıb.

QOL.az xəbər verir ki, "Portu" bu görüşdə 1:2 hesabı ilə uduzub və ölkə kuboku ilə vidalaşıb. 

Komanda həmçinin Portuqaliya çempionatında da uğursuzluğa düçar olub. "Əjdahalar" lider "Sportinq"dən 6 xal geri qalaraq turnir cədvəlində 2-ci yeri tuturlar.

Bu gedişat "Portu" azarkeşlərinin narazılığına səbəb olub. Komandanın Premyer Liqada "Sportinq"dən geri qalmasından sonra ölkə kuboku ilə də vidalaşması fanatları daha da hiddətləndirib. 

"Portu" "Morierens" səfərindən doğma stadionuna  - "Draqao" arenasına qayıdarkən onları azarkeşlər qarşılayıb. Fanatlar "Portu"nun avtobusuna hücum çəkiblər. Onlar avtobusa məşəllər atıblar. 

Bu vaxt təhlükəsizlik əməkdaşları azarkeşləri dayandırmağa çalışıblar. Həmin anların videogörüntüsünü təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью