Tanınmış mafiya başçısı Cəhənnəm Necati həbs olundu

09.10.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

Türkiyənin tanınmış mafiya başçısı “Cəhənnəm Necati” ləqəbli Coşkun Necati Arabacı çərşənbə axşamı İzmir vilayətindəki Adnan Menderes hava limanında saxlanılıb.

Lent.az xəbər verir ki, İzmir Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan Arabacı haqqında həbs qətimkan tədbiri seçilib.

İnterpol tərəfindən də cinayət təşkilatı sayılan “Hells Angels” üzvlərinin çirkli pulların yuyulması, hədə-qorxu ilə pul tələb etmə, narkotik və silah alveri kimi çoxsaylı qanunsuz fəaliyyətlərdə iştirak etdikləri bilinir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью